Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu 1 mart 2012-ci il tarixində Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiyaya başlayıb. ANS PRESS-in ETSN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ekspedisiya 20 gün davam edəcək. Məqsəd Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaqdır. Bu məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işləri həyata keçirilir.
Qeyd edək ki, Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyük Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan Muxtar Respublikasının çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən qarölçmə işləri aparılacaq.
Qarölçmə işlərinin nəticələrinə əsasən, yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrun axım proqnozunun tərtibində istifadə olunacaq.
Azərbaycanın ekspedisiya qrupu qarölçmə işləri aparır
Bu, yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə həyata keçirilir.




Şərhlər