Azərbaycanın cəzaçəkmə müəssisələrində 470 əcnəbi məhbus var
15 Oktyabr 2011 Şənbə 13:26
Azərbaycanın cəzaçəkmə müəssisələrində 470-ə yaxın xarici ölkə vətəndaşı olan məhbus var.
APA-nın məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib.
Xidmət rəisi qeyd edib ki, məhbuslar əsasən Rusiya, Türkiyə, İran və Gürcüstan vətəndaşlarıdır.
M. Quliyev onların öz ölkələrinə təhvil verilməsi ilə bağlı işlərin görüldüyünü də deyib. APA
DOSTLARINLA PAYLAŞ: