Azərbaycanın Baş Prokurorluğu Maştağa icra nümayəndəsinin saxlandığını təsdiqləyib
04 Aprel 2012 Çərşənbə 15:27
Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb
 Azərbaycanın Baş Prokurorluğu Maştağa icra nümayəndəsi Arzu Hadıyevin saxlanılmasını təsdiqləyib. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, A. Hadıyev şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb.

Maştağa icra nümayəndəliyindən APA-ya faktı təsdiqləyiblər. İcra nümayəndəliyindən faktla bağlı ətraflı açıqlama verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar