Azərbaycanın ABŞ-dakı səfirindən separatçıların tədbirinə etiraz
15 Sentyabr 2011 Cümə Axşamı 03:37
Yaşar Əliyev Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının 435 üzvünə məktubla müraciət edib
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının 435 üzvünə məktubla müraciət edib. Azərbaycanın ABŞ-dakı səfirliyndən ANS PRESS-ə verilən məlumata görə, səfir ABŞ Konqresindəki “Erməni məsələləri üzrə işçi qrup”, Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının qondarma “DQR”lə bağlı sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etirazını bildirib.

Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları qeyd olunub, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin heç bir dövlət tərəfindən tanınmadığı nəzərə çatdırılıb. Həmçinin, sözügedən tədbirin təşkilatçılarının Konqres üzvlərinin və ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalından yayındırmaq, işğalın nəticələrini möhkəmləndirmək məqsədi güddükləri vurğulanıb.

Bunları nəzərə alaraq, səfir konqresmenləri ABŞ-ın strateji tərəfdarı olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu tədbirdə iştirak etməməyə çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar