Azərbaycandadörd teleradio şirkətinin lisenziyası uzadılıb
30 Sentyabr 2011 Cümə 18:00
MTRŞ hər iki televiziyanın müddətinin uzadılması barədə müraciətlərinə razılıq verib.
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
Milli Televiziya və Radio Şurasından ANS PRESS-ə verilən məlumata görə, qurum “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: