Azərbaycanda zəlzələləri proqnozlaşdıran stansiya istifadəyə verilib
27 Aprel 2012 Cümə 13:57
Siyəzəndə yerləşən stansiya sayca üçüncüdür.
Azərbaycanda zəlzələləri proqnozlaşdıran üçüncü stansiya istifadəyə verilib. AMEA-nın Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyevin AzərTAc-a verdiyi məlumata görə, yeni stansiya Siyəzəndə yerləşir.

Yaxın 10 gün ərzində isə Naftalan şəhərində də zəlzələləri qabaqcadan proqnozlaşdıran 4-cü stansiya istifadəyə veriləcək. Daha iki stansiya isə Neftçala və Naxçıvanda quraşdırılacaq. Neftçaladakı stansiyanın quraşdırılmasına gələn ay başlanılacaq. Naxçıvanla bağlı isə hələlik layihə hazırlanır.

T.Əliyev vurğulayıb ki, Türkmənistan və Türkiyə də Kibernetika İnstitutunun bu layihəsi ilə maraqlanır və öz ölkələrində tətbiq etmək istəyirlər. Bu ölkələrdə də stansiyalar quraşdırılsa, bütün regionun zəlzələlərinin koordinatlarını qabaqcadan verə biləcəyik.

Qeyd edək ki, Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiya 2010-cu ilin mayında Qum adasında quraşdırılıb. Digər stansiya isə Şirvanda yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar