Azərbaycanda zəlzələ olub
01 Aprel 2012 Bazar 11:10
Zəlzələ Xəzər dənizində baş verib.
Ötən gün axşam saatlarında Azərbaycanda, Xəzər dənizində zəlzələ baş verib. ANS PRESS-in AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 21:40-da Xəzər dənizində, Qaladan 15 km cənubi-şərqdə qeyd olunub. Zəlzələ 3,5 maqnitudada, 60 km dərinlikdə qeydə alınıb. Yeraltı təkan hiss olunmayıb.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 21:39:40-da Xəzər dənizində, Qaladan 15 km cənubi-şərqdə, zəlzələ qeyd olunub. Zəlzələ hiss olunmayıb.
DOSTLARINLA PAYLAŞ: