Azərbaycanda yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə enib
30 Sentyabr 2011 Cümə 12:13
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Müstəqilliyin bərpasından ötən 20 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə, işsizliyin səviyyəsi isə 17%-dən 5,7%-ə enib. APA-nın bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Onun sözlərinə görə, 2003-cü ildən bəri Azərbaycanda 930 min yeni iş yeri açılıb: “Hər il olduğu kimi, 2012-ci ildə də dövlət büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə artım gözlənilir”.
“Əsas məqsədimiz insanları yoxsulluq səviyyəsindən çıxartmaqdır. Təəssüf ki, bunu 100% etmək qeyri-mümkündür. Çünki bəzi insanlar özlərindən asılı olmayaraq işləyə bilmirlər, bəziləri isə müəyyən zaman kəsiyində yoxsulluqla qarşılaşırlar. Buna görə də dövlətin xüsusi sosial proqramları var. Bunlar müavinət sistemləri, ünvanlı dövlət sosial yardımlardır. Bu proqramlar konkret kateqoriyalardan olan insanların maddi rifahını yaxşılaşdırmaq üçün həyata keçirilir” - deyə nazir qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: