Azərbaycanda yeni meydan salınır
06 Yanvar 2012 Cümə 02:21
Meydanda hündürlüyü 80 metr, uzunluğu 20 metr, eni 10 metr olan üçrəngli dövlət bayrağımız ucaldılıb.
Bərdə şəhərindəki Heydər Əliyev prospektində mərkəzi meydan inşa edilir. AzərTAc xəbər verir ki, artıq mərkəzi meydanda hündürlüyü 80 metr, uzunluğu 20 metr, eni 10 metr olan üçrəngli dövlət bayrağımız ucaldılıb.

Hazırda meydanın ətrafında tikilmiş hasarlar mərmər və qranitlə üzlənir. 40 min nəfər üçün nəzərdə tutulan mərkəzi meydanda fəvvarə də tikiləcək. Meydanın mərkəzində ulu öndər Heydər Əliyevin böyük portreti qoyulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar