Azərbaycanda yağışlı hava gözlənilir
15 Dekabr 2011 Cümə Axşamı 05:35
Bakıda külək əsəcək, arabir yağış yağacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonalrında arabir yağıntılı olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Bu gün və sabah əsasən şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar