Azərbaycanın cənub bölgəsi olan Astara rayonunda xəstəxana həyətindən mərmi tapılıb. ANS PRESS-in bölgə müxbiri Esmira İsmayılovanın verdiyi məlumata görə, Astara Mərkəzi rayon Xəstəxanasının həyətində aşkarlanan mərmi təsadüfən tapılıb.
Xəstəxananın həyətində abadlıq işləri görmək məqsədilə əraziyə yaxınlıqdakı sərhəd kəndlərinin birindən yük maşınlarında torpaq daşınırmış. Sovet dövründən qalma mərmi də elə bu zaman aşkarlanıb.
Qeyd edək ki, mərmi döyüşə yararlı vəziyyətdə olmayıb və hadisə yerinə gələn hərbi qulluqçular tərəfindən götürülüb.
Azərbaycanda xəstəxana həyətində mərmi tapıldı
Astara Mərkəzi rayon Xəstəxanasında aşkar edilən döyüş sursatı döyüşə yaralı olmayıb.




Şərhlər