Azərbaycanda universal telefon məlumat xidməti yaradılacaq
09 Noyabr 2011 Çərşənbə 13:45
Bunu Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət idarəsinin rəisi bildirib.
Vergilər Nazirliyinin “195” telefon məlumat xidmətinin təcrübəsindən istifadə edərək digər dövlət orqanlarını da əhatə etməklə ölkə üzrə universal telefon məlumat xidmətinin yaradılması üzərində iş aparılır. AzərTAc xəbər verir ki, bunu Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov bildirib.

E. Məmmədov vurğulayıb ki, məqsəd sahibkarların və ümumiyyətlə vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etməkdir. Bu ilin sonunadək prosesin başa çatması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar