Azərbaycanda sərnişin qatarlarında gediş haqqı tarifləri dəyişdirildi
24 Mart 2012 Şənbə 12:13
Bakı-Moskva və Bakı-Sankt Peterburq sərnişin qatarlarında gediş haqqı aşağı salınıb.
Bakı-Moskva və Bakı-Sankt Peterburq sərnişin qatarlarında gedişhaqqı tarifləri aşağı salınıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Dəmir Yolları" QSC və "Rusiya Dəmir Yolları" ASC-nin rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində 23 mart 2012-ci ildən etibarən 55/56 saylı Bakı-Moskva-Bakı və 28 mart 2012-ci ildən 313/314 saylı Bakı-Sankt Peterburq-Bakı sərnişin qatarlarında gediş haqqı tariflərinin aşağı salınması haqqında razılaşma əldə olunub.

Razılaşmaya əsasən, gediş haqqı tarifi plaskart vaqonda təxminən 20 faiz, kupe vaqonda 35 faiz, SV vaqonda isə 50 faiz aşağı salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar