Ölkə

Azərbaycanda reklamların monitorinqləri aparılır

"Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.

· Xəbərçi
Azərbaycanda reklamların monitorinqləri aparılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının "mütləq sertifikatlaşdırılmalıdır" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, "Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilmiş qanun pozuntuları aradan qaldırılıb. ANSPRESS

Şərhlər