Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq keçiriləcək
19 Mart 2012 Bazar Ertəsi 00:05
Hazırda ölkədə “quş qripi” və digər yoluxucu xəstəliklərə dair epizootik vəziyyət sabitdir.
“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını daim diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) monitorinqləri bundan sonra da davam etdirəcək. DBX-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, növbəti monitorinq bu il aprelin 23-də başlayacaq. Hazırda ölkədə “quş qripi” və digər yoluxucu xəstəliklərə dair epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: