Azərbaycanda qeyri-sabit hava şəraiti başlayır
25 Dekabr 2011 Bazar 06:31
Bakıda yağış yağacaq, külək əsəcək.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gündüz arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: dekabrın 25-i və 26-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar