Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək
04 Yanvar 2012 Çərşənbə 00:15
Bakıda yağıntı, külək gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yarımadanın bəzi yerlərində yağıntılı, səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal- qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı, dağlıq və dağətəyi rayonlarında sulu qar, qar yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcə istiyədək, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Yanvarın 4-də gündüzdən hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir


DOSTLARINLA PAYLAŞ:

oyunlar