Ölkə

Azərbaycanda neftin daşınma tarifi artırılıb

Yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minib.

· Xəbərçi
Azərbaycanda neftin daşınma tarifi artırılıb
Azərbaycanın Tarif Şurası neft kəmərləri ilə neftin daşınması qiymətini 1 ton xam neftin nəqli üzrə hazırki 2,6 manat tarifindən 6,0 manat (ƏDV-siz) səviyyəsinədək artırıb. Bu barədə Şuranın saytında çərşənbə günü dərc olunmuş məlumatda deyilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında qəbul edilən yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minib.

Tarifin artırılması Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti ilə bağlıdır.

Tarif Şurasından Trend-ə bildirilib, neftin daşınma tarifinin artırılması ilə əlaqədar benzinin və dizel yanacağının bahalaşması gözlənilmir.

"Bu gün ARDNŞ Tarif Şurasına benzinin və dizel yanacağının tariflərinin dəyişdirilməsi ilə bağlı müraciət etməyib", - Şuradan bildirilib.

Şərhlər