Azərbaycanda leysan gözlənilir
02 Oktyabr 2011 Bazar 06:35
Bakıda hava yağmursuz olacaq, arabir güclənən külək əsəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var. Gündüz saatlarında yağış tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 10-14 dərəcə isti təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar