Azərbaycanda hava şəraiti normallaşır
06 Fevral 2012 Bazar Ertəsi 01:31
Bu gün temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti olacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar