Azərbaycanda hava nəqliyyatında baqajın daşınması qaydaları dəyişdirilib
05 Yanvar 2012 Cümə Axşamı 12:49
Baqaja burulan zərər görə daşıyıcı beynəlxalq normalara uyğun məsuliyyət daşıyacaq.
1 yanvar 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasının daxili hava xətlərində, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) daşındığı müddətdə vurulan zərərə görə daşıyıcının məsuliyyət həddi qüvvədə olan beynəlxalq Varşava Konvensiyasının müvafiq müddəaları ilə təyin edilmiş normalara (hər kiloqram üçün) bərabər tutulacaq. ANS PRESS-in məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası "Azərbaycan Respublikasına mənsub olan hava gəmilərinin istismarçıları (daşıyıcıları) tərəfindən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) vurulan zərərə görə daşıyıcıların məsuliyyət həddinin müəyyən edilməsi haqqında" əmri var.

Sözügedən Əmrlə habelə Azərbaycan Respublikasının mülki aviasiya sahəsində fəaliyyət göstərən daşıyıcılarına məsuliyyət həddi haqqında məlumatların hava daşımalarına aid qaydalarda və daşıma müqavilələrində əks etdirilməsi və vurulmuş zərərə görə ödəmələrin müəyyən edilmiş qaydada təmin edilməsi tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar