Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 34,7 min ton diri çəkidə ət, 123,6 min ton süd, 92,4 milyon ədəd yumurta və 2332 ton tərəvəz istehsal edilib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 4,4 faiz, yumurta istehsalı 0,2 faiz, tərəvəz istehsalı 10,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 2,9 faiz artıb.
Azərbaycanda ət istehsalı 2.2 faiz artıb
Ötən illə müqayisədə süd istehsalı 4,4 faiz, yumurta istehsalı isə 0,2 faiz çoxalıb.




Şərhlər