Azərbaycanda dərs ilin ilk günlərində yağmursuz hava proqnozlaşdırılır
14 Sentyabr 2011 Çərşənbə 11:48
Bakı və Abşeron yarımadasında sentyabrın 15-də dəyişkən buludlu, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Sentyabrın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 15-də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: