Azərbaycanda daxili reyslərdə işləyən bütün qatarlarına əlavə vaqonlar qoşulacaq
“Azərbaycan Dəmir Yolları” prosesə sentyabrın 12-dən başlayacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daxili reyslərdə işləyən bütün qatarlarına əlavə vaqonlar qoşulacaq. QSC-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhərindəki ali təhsil müəssisələrində təhsil alan, regionlarda yaşayan tələbələrin daşınması üçün daxili reyslərdə işləyən bütün qatarlara əlavə vaqonlar qoşulacaq. Qatarlara əlavə vaqonların qoşulmasına sentyabrın 12-dən başlanılacaq. ANSPRESS




Şərhlər