Azərbaycanda bu ilin sonuna qədər bütün otellər "hotline" şəbəkəsinə qoşulacaqlar
15 Noyabr 2011 Çərşənbə Axşamı 15:21
Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Bu ilin sonuna qədər bütün otellər “hotline” şəbəkəsinə qoşulacaqlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, artıq üç ildir ki, otellərdə yerləri onlayn sifariş etmək imkanı var.

Nazir deyib ki, bu işi türkiyəli həmkarlarla bigə "hotel hotline" şəbəkəsi vasitəsi ilə həyata keçirirlər.

Əbülfəs Qarayev bildirib ki, bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər.

“Düşünürəm ki, ilin sonuna qədər bütün hotellər bu şəbəkəyə qoşulacaqlar və bu xidmətin tətbiqi tamamlanacaq. Bu, həm də "Eurovision-2012" və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib amildir”, - Qarayev deyib.

57-ci “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar