Azərbaycanda barıt, trotil istehsal edən zavodlar tikiləcək
05 Yanvar 2012 Cümə Axşamı 15:26
Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.
Müdafiə Sənayesi Nazirliyi (MSN) cari ildə bir sıra böyük layihələr həyata keçirməyi planlaşdırır. AzərTAc xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlər ən vacib layihələrin həyata keçirilməsidir. Layihələr əsasən barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raket və artilleriya mərmilərinin gövdələrinin istehsalı, tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və sairdir.

Y. Camalov MSN-in dünyanın inkişaf etmiş ölkələrinin 60-dan çox şirkəti və firması ilə əməkdaşlıq etdiyini də bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar