Ölkə

Azərbaycanda anomal hava şəraiti başlayır

Yaxın günlərdə hava yağmurlu olacaq, güclü külək əsəcək.

· Xəbərçi
Azərbaycanda anomal hava şəraiti başlayır
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, gecə və səhər 10 dərəcəyə yaxın, günün ikinci yarısında və axşam 2-5 dərəcə isti təşkil edəcək.

Noyabrın 7-də anomal kəskin soyuq hava şəraiti davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Şərhlər