Azərbaycanda alternativ enerjiyə dair qanun layihəsi müzakirə edilir
01 Dekabr 2011 Cümə Axşamı 12:38
Bu gün Bakıda alternativ və bərpa olunan enerjiyə dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbir ATƏT-in Bakı ofisi, Sənaye və Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa Olunan Enerji Məsələləri üzrə Dövlət Agentliyi və Avropa İttifaqının Azərbaycandakı Enerji İslahatlarına Dəstək Proqramı tərəfindən təşkil olunub.
Dəyirmi masanın əsas məqsədi bərpa olunan enerji növlərinin genişmiqyaslı tətbiqi istiqamətində Azərbaycan hökumətinin göstərdiyi səyləri dəstəkləməkdir. Tədbir iştirakçıları bərpa olunan enerji məsələlərinə dair uğurlu qanunvericilik nümunələrini nəzərdən keçirəcək, Azərbaycanda bərpa olunan enerjiyə dair mövcud qanun layihəsini analiz edəcək və layihənin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verəcəklər.
DOSTLARINLA PAYLAŞ: