Azərbaycanda 500 manatlıq əsginaslar buraxılacaq?
08 May 2012 Çərşənbə Axşamı 18:37
Mərkəzi Bank sədrinin sözlərinə görə, məsələ gündəlikdə olmasa da, müvafiq layihə-dizayn işləri aparılır.
Gələcəkdə Azərbaycanda daha böyük nominalda əsginaslar buraxıla bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bunlar 150, 200 və 500 nominallı əsginazlar ola bilər.

“Hazırda bu məsələ gündəlikdə deyil. Lakin bununla bağlı layihə-dizayn işləri aparılır. Müvafiq qərardan sonra əsginasların buraxılması mümkün olacaq", - deyə E.Rüstəmov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar