Azərbaycanda 400 məhkum vaxtından əvvəl azadlığa buraxılacaq
10 Oktyabr 2011 Bazar Ertəsi 12:00
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarıldığı üçün bu cəzanın icra edildiyi 17 müəssisələrin hamısı ləğv edilib.
APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev bildirib. Onun sözlərinə görə, bu müəssisələrdə saxlanılan 1767 nəfərin sənədləri məhkəmələrə göndərilib və onların cəza növləri dəyişdirilib.

M. Quliyev qeyd edib ki, 600 məhkumun sənədləri müəssisələrdən Penitensiar Xidmətin Baş İdarəsinə təqdim olunub. Onların 200-ü ilə bağlı müəyyən əməliyyat məlumatı olduğundan həmin şəxslərə mənfi cavab verilib. Qalan 400 nəfərin isə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılması gözlənilir.

Xidmət rəisi onu da deyib ki, tərtib edilən plan-proqrama uyğun olaraq, Azərbaycanda olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı 13-dən 25-ə çatdırılacaq. Yeni müəssisələr regionlarda inşa olunacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar