Azərbaycanda 30 dərəcə isti gözlənilir
10 Aprel 2012 Çərşənbə Axşamı 04:34
Bakıda cənub küləyi əsəcək, havanın temperaturu 28 dərəcəyədək yüksələcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar