Azərbaycana bahar gəldi
20 Mart 2012 Çərşənbə Axşamı 09:52
Artıq ölkəmizdə əsl yazdır
Bu gün saat 09.14 radələrində bahar Azərbaycana gəldi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib ki, ötən gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
DOSTLARINLA PAYLAŞ: