Azərbaycan Yazıçılar Birliyinin bəyanatı
06 Aprel 2009 Bazar Ertəsi 19:55
Qurum atılacaq belə bir addımın qayğılandırıcı olduğunu, “Bir millət-iki dövlət” prinsipi ilə ifadə olunan münasibətlərə mənfi təsir göstərəcəyini deyib

Azərbaycan Yazıçılar birliyi Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə yayılan məlumatlarla bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, öz işğalçı mövqeyindən və qondarma soyqırım iddiasından əl çəkməyən, zəbt etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılmasına dair ən xırda ehtimal belə, qurumu dərindən qayğılandırır. Yazıçılar birliyi hesab edir ki, onminlərlə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə sayğısızlıq olar. Eyni zamanda, belə bir addımın atılması “Bir millət-iki dövlət” prinsipi ilə ifadə olunan doğma münasibətlərə, ictimai təmaslara mənfi təsir göstərə bilər. Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə vura bilər. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar