Azərbaycan vərəm xəstəliyinin geniş yayıldığı ölkələr siyahısına salıb
14 Sentyabr 2011 Çərşənbə 13:48
Ümumdünya Səhiyyə Təşkilatı dünyada vərəmin yayılmasını əks etdirən ənənəvi illik hesabatını açıqlayıb.


APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, dünyada vərəmin yayılma sürətini “təşviş yaradan tendensiya” kimi səciyyələndirən Ümumdünya Səhiyyə Təşkilatı ekspertləri Azərbaycanı bu xəstəliyin geniş yayıldığı ölkələr sırasına aid ediblər.

Sənədə əsasən Azərbaycan və bir sıra digər postsovet ölkələrində vərəmin dərman və müalicəyə müqavimət göstərən yeni növləri yayılır və bəzi ölkələr bu xəstəliyə dərhal diaqnoz qoya bilmir. Ekspertlərin fikrincə, Azərbaycan da daxil olmaqla Şərqi Avropa ölkələrində vərəmin bu növünün yayılması bu xəstəliyi cilovlamaq cəhdlərinin uğursuzluğunun bir göstəricisidir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisindən Oqtay Gözəlov bildirib ki, vərəm yalnız ən riskli təbəqə sayılan mühacir və dustaqlar arasında yayılmır, həm də əhalinin digər təbəqələrinə sirayət edir: “Üzv ölkələr indi təcili tədbirlər görməsələr, gələcəkdə biz ağır vəziyyətlə üzləşə bilərik”.

Vərəmin yayılmasını əngəlləmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ayrıca plan hazırlayıb və onun icrası üçün 5 milyard dollara qədər vəsait tələb olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar