Azərbaycan sinoptikləri gözlənilən hava şəaiti ilə bağlı xəbərdarlıq edirlər
13 Aprel 2012 Cümə 04:21
Bu gün Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək, temperatur aşağı enəcək
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoz: Bu gündən sabaş səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi və atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 14-ü gündüz və 15-də meteoroloji amillərin iqlim norması daxilində zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar