Ölkə

Azərbaycan-Rusiya sərhədində avtomobillərin böyük növbəsi yaranıb

Dağıstandakı Yaraq Qazmalar gömrük keçid məntəqəsində Azərbaycandan gələn avtobuslar qəbul edilmir.

· Xəbərçi
Azərbaycan-Rusiya sərhədində avtomobillərin böyük növbəsi yaranıb
Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük keçid məntəqəsində Azərbaycandan qonşu ölkəyə gedən avtomobillərin böyük növbəsi yaranıb. APA-nın məlumatına görə, Samur gömrük keçid məntəqəsinin girəcəyində Rusiyaya keçmək üçün növbə gözləyən 100-ə yaxın sərnişin və yük avtomobili sıraya düzülüb. Sərhəd keçid məntəqəsində yaranmış böyük izdiham buradakı insanların narazılığına səbəb olub.

Uzun müddət növbə gözləyən avtobus sürücülərinin verdiyi məlumata görə, qonşu ölkəyə buraxılmamalarının səbəbi Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar gömrük keçid məntəqəsində Azərbaycandan gələn avtobusların qəbul edilməməsidir. Mövcud problemin yaranmasında Azərbaycan tərəfinin heç bir günahı yoxdur. ANSPRESS

Şərhlər