Azərbaycan qadın təşkilatlarının müraciəti
10 Aprel 2009 Cümə 17:40
Təşkilat rəhbərlərinin fikrincə, rəsmi Ankara Ermənistanla iqtisadi və diplomatik əlaqələri rəsmiləşdirsə, bu, Türkiyənin imicinə də zərbə vurmuş olar

Türkiyə-Ermənistan sərhədinin açılmasına etiraz edən qeyri-hökümət qadın təşkilatları Türkiyə qadınlarına müraciət hazırlayıblar. 64 qadın təşkilatı bəyan edib ki, Dağlıq Qarabağ problemi həll olunmayana kimi,Türkiyə-Ermənistan sərhədi açılsa, bu, qardaş ölkə ilə münasibətlərə kölgə salacaq. Təşkilat rəhbərlərinin fikrincə, rəsmi Ankara Ermənistanla iqtisadi və diplomatik əlaqələri rəsmiləşdirsə, bu, Türkiyənin imicinə də zərbə vurmuş olar. Üstəlik Ermənistan Türkiyəyə qarşı qondarma soyqırım iddiasını da geri götürməyib. Sənəd Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar