Ölkə

Azərbaycan prezidenti yanında Əfv Komissiyası əfv ərizələrini araşdırır

Prezident yanında Əfv Komissiyası daxil olan müraciətlərin araşdırılmasını davam etdirir. Bu barədə APA-ya komissiyanın üzvü, Milli Məclisin deputatı Azay Quliyev bildirib.

· Xəbərçi
Azərbaycan prezidenti yanında Əfv Komissiyası əfv ərizələrini araşdırır
A. Quliyev deyib ki, komissiya vətəndaşların müraciətlərini dinləyir, əfv ərizələrini qəbul edir: “Daxil olan müraciətlərə əsasən ərizələr araşdırılır, aidiyyəti qurumlara sorğular göndərilir və ya daxil olan sorğular dəyərləndirilir. Əfv Komissiyasında proses qənaətbəxş səviyyədə davam etdirilir”. A. Quliyev müraciətlərin sayı barədə hələlik dəqiq məlumat olmadığını da qeyd edib: “Prosesə yekun vurulandan sonra toplanmış sənədlər prezidentə təqdim ediləcək”.

Komissiya üzvü həbsdə olan tanınmış şəxslərin əfvi ilə bağlı müraciətlərin quruma daxil olub-olmaması haqda məlumatsız olduğunu da deyib: “Ola bilsin kiminsə Prezident Administrasiyasının Əfv sektoruna müraciəti daxil olub. Lakin Əfv Komissiyasının müzakirəsinə belə müraciətlər təqdim olunmayıb”.

Şərhlər