Ölkə

Azərbaycan polisi Gürcüstan vətəndaşı barəsində axtarış elan edib

Azərbaycan polisi Gürcüstan vətəndaşı barəsində axtarış elan edib

· Xəbərçi
Azərbaycan polisi Gürcüstan vətəndaşı barəsində axtarış elan edib


Bakı. Hafiz Heydərov – APA. Azərbaycan polisi Gürcüstan vətəndaşını axtarışa verib. Bakının Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Xamquşvili Müslüm Moeiyeviç Azərbaycan Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq – silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub.

Şərhlər