Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
19 Mart 2012 Bazar Ertəsi 15:25
Post patrul xidməti naryadlarının sayı artırılacaq.
Novruz bayramı günlərində respublikanın daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyəcəklər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.
DOSTLARINLA PAYLAŞ: