Azərbaycan paytaxtında sürüşmə təhlükəsi ilə əlaqədar 9 mərtəbəli iki binanın sakinləri köçürülür
03 Mart 2012 Şənbə 18:33
Bakı şəhəri, Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar olaraq ərazidəki 9 mərtəbəli iki binanın sakinləri evakuasiya olunur.
Bu barədə APA-ya açıqlamasında hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev məlumat verib.

Onun sözlərinə görə, sakinlər təhlükəsizlik məqsədilə bir həftəliyə başqa yerlərə köçürülür. Təhlükə sovuşduqdan sonra onlar öz evlərinə dönəcəklər.

Ş.Niftiyev həmçinin əlavə edib ki, hazırda ərazidə sürüşmə təhlükəsi böyükdür. Müvafiq qurumlar təhlükənin qarşısının alınması üçün işlər aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar