Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti davam edəcək
20 Aprel 2012 Cümə 12:03
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə saatlarında 10-14, gündüz 20-25 dərəcə isti olacaq.
Aprelin 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, axşam 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Aprelin 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: