Azərbaycan Ordusunun iki əsgəri şəhid olub
03 Mart 2012 Şənbə 14:06
Bunlar Vüqar Dibilov və Seyidəli Şidəliyevdir.
Azərbayacan Ordusunun iki əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə martın 2-dən 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində baş verib.

Şəhid olan əsgərlər 1993-ci il təvəllüdlü, Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vüqar Bəxtiyar oğlu Dibilov və 1992-ci il təvəllüdlü, Qusar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Seyidəli Şıxislam oğlu Şidəliyevdir.

Bölgə müxbirinin yerli sakinlərdən aldığı məlumata görə, Ermənistan hərbçiləri bir müddət Milli Ordunun mövqelərini işıq saçan güllələrlə atəşə tutublar, sonra isə yaylım atəşi açıblar.

Rayon İcra Hakimiyyətindən də iki əsgərin şəhid olması faktı təsdiqlənib.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar