Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb
13 Aprel 2012 Cümə 16:21
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Hacı Məzahir oğlu Hacıyev xidməti silahı ilə əsgər yoldaşı, 19 yaşlı Yunis Ramiz oğlu Məmmədliyə atəş açıb. Nəticədə Y. Məmmədli xəsarət alaraq hospitala yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Xəsarət alan əsgərin vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, hadisəni törədən H. Hacıyev Xətai, yaralanan Y. Məmmədli isə Bərdə Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
DOSTLARINLA PAYLAŞ: