Azərbaycan Ordusu cəbhəboyu atəşə tutulub
12 Mart 2012 Bazar Ertəsi 10:58
Ermənilər atəşkəsi 7 istiqamətdən pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 11-də cəbhəboyu atəşkəsi pozub. Erməni ordusu saat 08.40-dan 08.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, 08.45-dən 08.50-dək Ağdam rayonunun Mərzili kəndi,14.45-dən 15.20-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, 16.30-dan 16.31-dək Ağdam rayonunun Şıxlar kəndi, 16.30-dan 16.40-dək Tərtər rayonunun Çiləbürt və Qızıloba kəndləri, 20.05-dən 20.30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi, 21.40-dan 21.50-dək Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, 22.40-dən 22.50-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, martın 12-də saat 01.50-dən 01.55-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerlələşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: