Ölkə

Azərbaycan Müdafiə Nazirliyi F-16 qırıcılarının alınmasını təkzib edir

Bu məlumat həqiqətə uyğun deyil, Azərbaycan belə qırıcı almayıb.

· Xəbərçi
Azərbaycan Müdafiə Nazirliyi F-16 qırıcılarının alınmasını təkzib edir
Azərbaycan Müdafiə Nazirliyi ölkənin Amerikaya məxsus iki ədəd F-16 qırıcısı alması barədə məlumatı təkzib edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Bu məlumat həqiqətə uyğun deyil, Azərbaycan belə qırıcı almayıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib.

Əvvəllər bir sıra Azərbaycan mətbuatında ölkənin iki ədəd F-16 qırıcısı alması barədə məlumat dərc edilib. Güman edilir ki, ən yeni təyyarələr ABŞ-dan deyil, dost ölkələrin birindən alınıb. Çünki rəsmi Bakıya Amerika silahının satışını qadağan edən Azərbaycan barəsində Konqresin düzəlişi bu günə qədər qüvvədir.

Şərhlər