Azərbaycan mobil abunəçi üzrə dünya orta göstəricisini 35 % qabaqlayır
09 Noyabr 2011 Çərşənbə 10:59
Hər 100 nəfərə düşən telefon aparatlarının sayı 16,3 ədədə çatıb.
Azərbaycan Respublikası üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16,3 ədədə çatıb. Bu göstərici Bakı şəhərində 35,1, respublikanın digər ərazilərində 10,8, kənd yerlərində isə 7,1 ədəd təşkil edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildiririlir ki, mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 518 min 965 ədəd artaraq 9 milyon 629 min ədəd olub. Bu isə hər 100 nəfərə təxminən 105 mobil abunəçinin düşməsi deməkdir. Hazırda 100 nəfərə düşən mobil abunəçi üzrə dünya orta göstərici 78 ədəd təşkil edir. Azərbaycan dünya orta göstəricisini təqribən 35 faiz qabaqlayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar