“Azərbaycan MDB və Şərqi Avropada ən sabit ölkələrdən sayılır”
“Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ən sabit ölkələrdən biri sayılır.
Hər gün ölkəyə minlərlə qonaq gəlir, onlar Azərbaycanda sabitliyin, cinayətlərin sayının az olmasını xüsusi qeyd edirlər”. APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
O, DİN-in “102” xidmətinin bölgələrdə də fəaliyyət göstərdiyini, “qaynar xətt” nömrəsinə gün ərzində 2500-3000 müraciət daxil olduğunu bildirib. “Lakin həmin müraciətlərin 80 faizinin DİN orqanlarına aidiyyəti olmur”, - deyə nazir müavini bildirib.
O. Zalov Azərbaycan vətəndaşlarının, xüsusilə Ermənistandan qaçqın düşmüş şəxslərin SSRİ dövründən qalmış pasportlarının DİN-də saxlanıldığını da deyib.




Şərhlər