Azərbaycan intellektualları dünya birinciliyi uğrunda yarışacaqlar
05 Sentyabr 2011 Bazar Ertəsi 15:35
“Nə? Harada? Nə vaxt?” oyunu üzrə çempionat Ukraynada təşkil ediləcək.
Ukraynanın Odessa şəhərində “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə dünya çempionatı keçiriləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 16-dan 18-dək keçiriləcək yarışa 300 iştirakçı qatılacaq. Yartışa qatılacaq iştirakçıların yaşı 25-30 həddində olacaq.

Dünya çempionatında intellektual aləmin ən güclü 50 komandası mübarizə aparmaq hüququ əldə edib. Dünya çempionatında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Kanada, Latviya, Moldova, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, Ukrayna və Ermənistandan olan komandalar mübarizə aparacaq.

“Nə? Harada? Nə vaxt?” çempionatının qonaqları sırasında klub magistrları Aleksandr Druz, Maksim Potaşov, Andrey Kozlov və “Büllur bayquş”un sahibləri İlya Novikov, Rövşən Əsgərov, Aleksandr Rubin, Yelena Orlova və Anatoli Vasserman qatılacaq. Qeyd edək ki, “Nə? Harada? Nə vaxt?” üzrə dünya çempionatı tarixdə ilk dəfə Ukraynada təşkil ediləcək. Bunadək birincilik Bakı, Eylate (İsrail) Kalininqrad şəhərində keçirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar