Azərbaycan Hərbi Hava Qüvvələrində pilotaj qrupu yaradılır
14 Sentyabr 2011 Çərşənbə 12:58
Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotaj qrupunun yaradılması planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat daxil olub.


Dövlət bayramlarında və xüsusi əlamətdar günlərdə aviaşoular həyata keçirəcək pilotaj qrupu yüngül çəkili və manevr imkanları yüksək olan təyyarələrdən təşkil olunacaq.
Qrupun nə zaman formalaşdırılacağı barədə məlumat açıqlanmayıb.
Pilotaj qrupunun yaradılması HHQ-nin inkişaf proqramında da əksini tapıb. HHQ tərəfindən bununla bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyə HHQ-nin təcrübəsi öyrənilməkdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar